“Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Yaroslav Deda vətəni Ukraynada “Qızıl istedad” nominasiyası üzrə qalib adına namizədlər sırasında göstərilib
Ölkənin istedadlı oyunçuları ilə bağlı hazırlanan yazıda gənc yarımmüdafiəçi vunderkind kimi göstərilib. 19 yaşlı hücumçu 2017-ci ilin yayında “Volın”dan transfer edilib. O, “Qarabağ”ın UEFA Gənclər Liqasında vurduğu hər 3 qolun müəllifi olub.
Qeyd edək ki, “Qızıl istedad” adına 13 namizəd göstərilib. Yaroslav Deda Ukraynanın 19 yaşadək futbolçulardan ibarət yığmasının üzvü olsa da, onun yaxın vaxtlarda Azərbaycan vətəndaşlığına keçəcəyi gözlənilir.
