Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya-Albaniya oyunu azarkeşlərin hərəkətləri ucbatından yarımçıq dayandırılıb.
Korner.az-ın məlumatına görə, birinci hissənin sonunda üzərinə Albaniya bayrağı bağlanmış çərpələng uçurulub.
Serbiya millisinin müdafiəçisi Stefan Mitroviç meydana düşən bayrağı cırıb. Bundan sonra iki komandanın oyunçuları arasında dava düşüb.
Meydan sahiblərinin azarkeşləri məşəllər yandıraraq meydançaya atmağa başlayıblar. Oyun dayandırılıb, futbolçular soyunma-geyinmə otağına yollanıblar. Polis meydançanı mühasirəyə alıb.
Qeyd edək ki, “Qarabağ”ın alban müdafiəçisi Ansi Aqolli də bu qarşılaşmada meydanda olub.
