“Qarabağ”ın futbolçusu milliyə dəvət aldı
30.05.2022 , 17:46

“Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç ölkəsinin milli komandasına dəvət olunub.
Korner.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçinin Millətlər Liqasında Rumınya, Finlandiya və Bosniya və Herseqovinaya qarşı keçiriləcək matçlar üçün Monteneqro yığmasına çağırıldığı bildirilib
Veşoviç 2021-ci ildən “Qarabağ”da oynayır.
