“Qarabağ”ın futbolçusu milliyə dəvət aldı
16.03.2021 , 12:35

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerun və Mozambik ilə oyunlar üçün milliyə çağırılıb.
Kabo-Verdenin Kamerunla oyunu martın 22-də, Mozambiklə matçı isə 30-da baş tutacaq.
