“Qarabağ”ın futbolçusu milliyə dəvət aldı
11.03.2019 , 13:35

“Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə dəvət olunub.
25 yaşlı yarımmüdafiəçi martın 18-də Bolqarıstan millisinin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Bolqarıstan yığması AÇ-2020 seçmə mərhələsində martın 22-si evdə Çernoqoriya və martın 26-sı səfərdə Kosovoyla qarşılaşacaq.
