“Qarabağ”ın futbolçusu millinin oyunlarını buraxacaq
14.11.2022 , 12:20

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov zədəli olduğu üçün Azərbaycan milli komandasının bu gündən etibarən başlayan təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Toplanış çərçivəsində millimiz noyabrın 16-da Moldova, 20-də isə Şimali Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
