“Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı
17.11.2019 , 17:37

AVRO-2020-nin seçmə mərhələsində Uelslə oyunu zədə səbəbindən buraxan Azərbaycan millisinin kapitanı Maksim Medvedev yığmanın heyətindən çıxarılıb.
Korner.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyununa yollanacaq heyətdə yer almayıb.
Slovakiya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.
