“Qarabağ”ın futbolçusu millidə 90 dəqiqə oynadı
09.10.2021 , 12:07

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Montenerqo millisinin heyətində növbəti oyuna çıxıb.
O, DÇ-2022-nin seçmə mərhələsində səfərdə Cəbəllütariqə qarşı matçda oynayıb. 3:0 hesabı ilə qalib gəldikləri görüşdə 30 yaşlı futbolçu 90 dəqiqə meydanda olub.
Monteneqro G qrupunda 11 xalla 4-cü pillədə qərarlaşıb.
