“Qarabağ”ın futbolçusu “Kəpəz”də
02.07.2022 , 10:49

“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.
İdmənxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubu “Qarabağ”da oynayan dan Zamiq Əliyevi icarəyə götürüb. 21 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
“Kəpəz” daha əvvəl Samir Məhərrəmli, Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimovu heyətinə qatıb.
