“Qarabağ”ın futbolçusu İspaniyada ən yaxşılar arasında
02.01.2020 , 16:48

“Saraqosa”da son 10 illiyin ən yaxşı yarımmüdafiəçisi adına namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, onların arasında hazırda “Qarabağ”da çıxış edən Xayme Romeronun da adı var.
Azarkeşlər arasında keçirilən soruğunun nəticələrinə əsasən 14 namizdəddən biri ən yaxşı seçiləcək.
2014-2016-cı illərdə “Saraqosa”da oynayan Xayme 37 matçda 8 qol vurub.
