“Qarabağ”ın futbolçusu Ansi Aqolli
üzvü olduğu Albaniya millisi ilə birgə Ermənistana qarşı oynayacaq.
Korner.az-ın
məlumatına görə, Aqollinin komandası Ermənistan
millisi ilə qarşılaşacaq. Matç martın 29-da, “Avro-2016”nın seçmə mərhələsi
çərçivəsində Albaniyada keçiriləcək.
Qeyd edək ki, Albaniya millisi ilə Ermənistan “Avro-2016”nın I qrupunda
yer alıb.
Hərəyə üç oyun keçirən Albaniya və Ermənistan qrupda müvafiq olaraq
üçüncü və beşinci yeri tutur.
