“Qarabağ”ın futbolçusu Ansi Aqolli AVRO-2016-nın seçmə mərhələsində ikinci oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, müdafiəçi Albaniya yığmasının Danimarka ilə qarşılaşmasında meydana çıxıb.
1:1 hesablı bərabərliklə başa çatan qarşılaşmaya start heyətində çıxan Aqolli 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Albaniya yığması ilk turda səfərdə Portuqaliyanı (1:0) məğlub etmişdi.
