“Qarabağ”ın futbolçusu daha bir klubun transfer hədəfində
26.12.2024 , 16:58
“Qarabağ”ın futbolçusu Redon Cica daha bir klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə “Eqnatiya” maraqlanır.
Bu barədə Albaniya mətbuatı məlumat yayıb.
Daha öncə oyunçu “Partizani” klubunun transfer siyahısında idi.
Cicanın Ağdam klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.