“Qarabağ”ın futbolçusu cəzalandırıldı
07.05.2019 , 13:27

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclas zamanı aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Kubokunun ½ final mərhələsinin cavab oyunu olan “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyun başa çatdıqdan sonra “Qarabağ” klubunun 8 №-li futbolçusu Markos Madera aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3). Oyunun 75-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).
Topaz Premyer Liqasının XXVII turunun “Keşlə” – “Zirə” matçında “Keşlə” klubunun 3 №-li futbolçusu Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXVII turunun “Sumqayıt” – “Sabah” matçında “Sumqayıt” klubunun 5, “Sabah” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXVII turunun “Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
I Divizionun XXV turunun “Zaqatala” – “Neftçi-2” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 90+5-ci dəqiqəsində “Zaqatala” klubunun 2 №-li futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
Stadionda radio məlumat olmadığına görə “Zaqatala” klubu 160 manat cərimə olunur (maddə 60).
I Divizionun XXV turunun “Sabah-2” – “Qarabağ-2” matçı “Qarabağ-2” komandasının səhlənkarlığı ucbatından 5 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunur (maddə 53.3).
Oyunun 90-cı dəqiqəsində “Sabah-2” klubunun baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 62).
I Divizionun XXV turunun “Qaradağ Lökbatan” – “MOİK” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XXV turunun “Zirə-2” – “Sumqayıt-2” matçının 80-cı dəqiqəsində “Zirə-2” klubunun 4 №-li futbolçusu Müşfiq İlyasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXV turunun “Turan Tovuz” – “Səbail-2” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 16-cı dəqiqəsində “Səbail-2” klubunun 36 №-li futbolçusu Hikmət Verdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyun öncəsi iclasda polis iştirak etmədiyinə görə “Turan Tovuz” klubu 80 manat cərimə olunur (maddə 61.4).
