“Qarabağ”ın futbolçusu bu kluba yardım etdi
20.10.2023 , 23:44

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan 2-ci liqasında mübarizə aparan “Kür-Araz”a yardım edib.
Korner.az xəbər verir ki, bu barədə “Kür-Araz”ın mətbuat xidməti məlumat yayıb.26 yaşlı müdafiəçi İmişli təmsilçisinn futbolçularına buts və qapıçı əlcəyi hədiyyə edib.
Klub Bəhlul Mustafazadəyə təşəkkürünü bildirib.
