Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun aparıcı futbolçusu Bədavi Hüseynov əməliyyat olunacaq. Millimizin müdafiəçisinin əməliyyatı ölkə xaricində reallaşacaq.
Belə ki, ÇL-in qrup mərhələsinin III turunda “Atletiko” ilə matçın (0:0) son dəqiqələrində zədə alan oyunçu Almaniyada yüngül əməliyyat keçirəcək. Onun yaxın 1-2 gün ərzində əməliyyat masası arxasında uzanacağı gözlənilir.
Hüseynov əməliyyatdan sonra bir müddət istirahət etməli olacaq. Həkimlər onun təxminən 3 həftədən sonra fərdi məşqlətə başlayacağını məqsədəuyğun sayıblar.
Qeyd edək ki, Hüseynov bu gün Almaniyaya yola düşəcək (Futbol11).
