"Qurban müəllim gənc futboçulara çox şans vermir. Əgər mövsümün sonunda təklif gəlsə Qurban müəllimlə söhbətləşib gedəcəm".
Bu barədə Korner.az-a açıqlamasında "Qarabağ"ın gənc futbolçusu Emin Mustafayev deyib.
21 yaşadək Azərbaycan milli komandasında kapitan olan, lakin "Qarabağ"da əsas heyətə düşməkdə çətinlik çəkdiyindən milliyə dəvət almayan Mustafayev daha sonra bunları dedi:
"Qarabağ"da mütəmadi oynamadığımdan milliyə çağırılmıram. Hal-hazırda heç bir klubdan təklif almamışam".
