“Qarabağ”ın futbolçusu ən yaxşılar arasında
27.02.2022 , 15:57

Konfrans Liqasının pley-off mərhələsinin matçlarından sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.
Korner.az xəbər verir ki, ən yaxşılar arasında “Qarabağ”ın müdafiəçisi Kevin Medina da var. O, pley-off mərhələsinin cavab oyunlarında ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında3-cü pillədə yer alıb.
29 yaşlı kolumbiyalı oyunçunun Bakıda “Marsel”ə 0:3 hesabı ilə uduzduqları qarşılaşmada 73 ötürməsi dəqiq alınıb.
Kevin bu göstəricidə Şotlandiya “Seltik”ində çıxış edən Stiven Uelş (83) və onun komanda yoldaşı Karl Starfeltdən (97) geri qalıb.
