“Qarabağ”ın futbolçusu ən yaxşılar arasında
08.03.2024 , 10:24

Avropa Liqasında 1/8 final mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın hücumçusu Olavio Juninyo, “Marsel”dən Pyer-Emerik Obameyanq, “Roma”dan Stefan El-Şaaravi və “Liverpul”dan Darvin Nunyes yer alıb.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.
