Topaz Premyer Liqasında 12-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu məlum olub.
Korner.az-ın “İnstat Footbal”-a istinadən verdiyi məlumata görə, “Qəbələ”ylə oyunda dubl etmiş “Qarabağ”lı Nikolas Gelaşvili XII turun ən yaxşı futbolçusu seçilib.
Turun rəmzi komandası isə aşağıdakı kimidir:
Qapıçı: Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov (Qarabağ), İqor Mitreski (Neftçi), Mahir Şükürov (Neftçi)
Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Rəşad Sadiqov (Neftçi), Sadio Tounkara (Xəzər Lənkəran), Flavinyo (Nefçti)
Hücumçular: Nikolas Gelaşvili (Qarabağ), Rauf Əliyev (Bakı)
