“Qarabağ”ın futbolçusu Əlcəzair millisinə çağırıldı
09.11.2024 , 11:48
“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair millisinə dəvət olunub.
Korner.az xəbər verir ki, baş məşqçi Vladimir Petkoviç 30 yaşlı futbolçunu 26 oyunçudan ibarət siyahısına daxil edilib.
Benzia Əlcəzair millisi Afrika Millətlər Kuboku matçlarında Ekvatorial Qvineya və Liberiya ilə görüşləri üçün çağırılıb.
Əlcəzair 1-ci matçını 14 noyabr-da, 2-ci görüşünü isə 17 noyabrda keçirəcək.