Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Sent-Etyen”in qonağı olacaq “Qarabağ” klubunun Fransaya gedəcəyi tarix bəlli olubş
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi oyundan iki gün öncə çarter reysi ilə Fransaya yollanacaq.
Noyabrın 25-də Sent-Etyen şəhərinə gedəcək “Qarabağ” oyunun ertəsi günü – noyabrın 28-də vətənə dönəcək.
Qeyd edək ki, noyabrın 27-də “Joffrua Qişar” stadionunda keçiriləcək “Sent-Etyen” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
