UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı qəbul edəcək “Ayntraxt” fanatları satışa çıxarılan 40 min bileti artıq alıblar.
Korner.az-ın məlumatına görə, avqustun 29-da Frankfurtda baş tutacaq cavab oyunu üçün satışa çıxarılan 42 min biletdən yalnız 2 mini qalıb ki, bu da Ağdam klubu üçün nəzərdə tutulub. Azarkeşlərin tez bir zamanda bu qədər bilet almasının səbəbi klublarının avqustun 22-29-da Avroliqa matçına çıxmasının öncədən bəlli olmasıdı. Bu səbəbdən alman fanatlar hələ püşk atılmamışdan öncə biletlərini alıblar.
Biletlərin qiymətlərinə gəlincə isə, bu 17-55 avro arası dəyişir.
