“Qarabağ”ın fan-şopunda yeni il endirimi
20.12.2018 , 10:05

“Qarabağ” Futbol Klubu sabahdan fan-şopunda endirim kampaniyasına start verəcək.
Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat verilib. 2019-cu ilin gəlişi ilə əlaqədar rəsmi fan-şopda 19 faiz dəyərində endirim kampaniyası olacaq. Klubun rəsmi geyim və atributlarını endirimlə satışda olacaq.
Qeyd edək ki, “Qarabağ”ın rəsmi fan-şopu Park Bulvarda yerləşir.
