"Qarabağ" komandasının azarkeş qrupunun saytı fəaliyyətə başlayıb.
Korner.az-ın məlumatına görə, "Qarabaghfan.com" adlı yeni saytdan azarkeşlər Ağdam təmsilçisində baş verən ən son hadisələrdən agah ola bilərlər. Saytda komandanın oyunlarından hazırlanmış videosüjetlər, foto albomlar və s. kimi bölmələr də oxucuların ixtiyarında olacaq.
Qeyd edək ki, saytda "Qarabağ" tərəfdarlarına öz fikirlərini "Azarkeş yazıları" bölməsində yaza bilmək imkanı da yaradılıb.
