Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi – son çempion "Qarabağ" da növbəti sınağına çıxır.
Təmsilçimiz səfərdə Ukrayna "Dnepr"i ilə qarşılaşacaq. Ağdam klubu qrupdan çıxmaq yolunda bu rəqibinə ən azı uduzmamağa borcludu.
Avropa Liqası
F qrupu
23 oktyabr
00:05. Dnepr – Qarabağ
Hakimlər: Libor Kovarik, Kristof Mençl, Yan Patak, Petr Blajey.
Əlavə köməkçi hakimlər: Radek Prihoda, Yan Jilek (hamısı Çexiya).
Kiyev. "Olimpiya" stadionu.
"Qarabağ": İbrahim Şehiç, Ansi Aqolli, Bədavi Hüseynov, Namiq Yusifov, Rəşad Sadıqov (k), Maksim Medvedev, Riçard Almeyda, Qara Qarayev , Muarem Muarem, Reynaldo, Vüqar Nadirov
