“Qarabağ” səfərdən bərabərliklə qayıdır
25.07.2019 , 10:47

Çempionlar Liqasında II təsnifat mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” ilk oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv İrlandiyada “Dandolk” klubunun qonağı olacaq.
“Oriel Park” stadionunda keçiriləcək qarşılaşmaya maraq böyükdü. Demək olar ki, 4 min tamaşaçı tutumuna malik stadion axşamkı oyunda dolacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq görüşü “CBC Sport” kanalı canlı yayımlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)-1:1
Qollar:Mahir Əmrəli,4, P.Hoban,78
Baş hakim: Bartos Frankovski (Polşa)
Dublin, “Oriel Park” stadionu
