“Qarabağ”ın daha iki potensial rəqibi məlum oldu
15.04.2024 , 15:19

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki potensial rəqibinin adına aydınlıq gəlib.
Korner.az xəbər verir ki, bunlar “Panevejis” (Litva) və “Ordabasi” (Qazaxıstan” komandalarıdır.
Belə ki, hər iki komanda səpələnməmişlər səbətində yer alacaq.
Hazırda səpələnməmişlər səbətində 3, səpələnmişlərdə isə “Qarabağ”dan başqa 5 komanda yer alıb.
Hələlik TNS (Uels), RFS (Latviya), “Dinamo” (Batum, Gürcüstan), və Minsk “Dinamo”sunun (Belarus) hansı səbətdə yer alacağı bəlli deyil.
Səbətlər belədir:
Səpələnmişlər: “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya)
Səpələnməmişlər: “Panevejis” (Litva), “Ordabası” (Qazaxıstan), “Vikinqur” (İslandiya).
Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.
