“Qarabağ”ın futbolçusu Vüqar Nadirov zədələnib.
Korner.az-ın məlumatına görə, “Neftçi” ilə oyunun 62-ci dəqiqəsində Muarem Muaremin yerinə meydana çıxan hücumçu oyunun sonlarında zədə alıb.
Hazırda ayağında şiş olan futbolçunun zədəsinin ciddi olmadığı bildirilir. Nadirov növbəti turda komandasına kömək edə biləcək.
