“Qarabağ”ın ÇL-dəki rəqibi məlum oldu
18.06.2025 , 14:15

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçirilib.
Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olub.
“Səpələnmişlər” səbətində yer alan Azərbaycan çempionu “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.
