“Qarabağ”ın çempionluq mərasimi ləğv olundu
20.06.2020 , 16:02

2019/2020 mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubunun mükafatlandırılma mərasiminin vaxtı və planında dəyişiklik olub.
Korner.az xəbər verir ki, tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:50-də deyil, 19:00-da keçiriləcək.
Ağdam klubuna çempionluq kuboku və qızıl medalların təqdim olunacağı mərasim canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.
Medallar və kuboku PFL prezidenti Ramin Musayev klub rəhbərliyinə təqdim edəcək. (PFL)
