İspaniyanın məşhur “AS” qəzeti “Qarabağ”ın ardıcıl 4-cü çempionluğundan bəhs edən xəbər yayıb.
Korner.az-ın məlumatına görə, xəbərdə “Dani Kintana, Miçel və Salleslə “Qarabağ” çempion” başlığı altında ispaniyalı məşqçinin və futbolçuların çempionluqdakı rolundan bəhs edilib.
Qeyd edək ki, Ağdam klubunun heyətində əslən ispan olan Dani Kintana və Miçel çıxış edir. Onların həmyerlisi Salles isə məşqçi kimi fəaliyyət göstərir.
