“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi bəlli oldu
01.08.2018 , 22:05

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib. Ağdam təmsilçisi “Kukesi”ni keçsə, növbəti mərhələdə Belarusun BATE klubu ilə üz-üzə gələcək.
BATE II təsnifat mərhələsində Finlandiyanın “Helsinki” klubunu mübarizədən kənarlaşdırıb. Tərəflər arasında Belarusda keçirilən ilk oyunda hesab açılmayıb. Cavab oyununda isə BATE minimal hesablı (2:1) qələbəyə sevinib.
“Qarabağ”la “Kukesi” arasında Albaniyada baş tutan ilk oyunda qol səsi çıxmayıb. Hazırda davam edən cavab oyununda isə təmsilçimiz öndədir.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab görüşləri 14 avqustda keçiriləcək
