Monteneqro çempionatında çempion komandanın adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, “Mladost” 2015/2016 mövsümünün çempionu olub.
Monteneqronu Çempionlar Liqasında təmsil edəcək “Mladost” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu komanda Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri sırasında yer alacaq.
