“Qarabağ”ın Çempionlar Liqasındakı 11 potensial rəqibi
29.06.2020 , 13:19

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki 11 potensial rəqibi bəllidi.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq. Bu da o deməkdi ki, “Köhlən atlar”ın I təsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq.
I təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 28-i artıq bəllidi. Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdu – “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino). Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdı. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın I təsnifatda “səpələnməyəcəyi” artıq bəllidi.
I təsnifat mərhələsinin səpələnmişlər səbətində isə “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya) və “Suduva” (Litva) klubları da yer alacaq.
Səpələnməmişlər səbətində yer alacağı və “Qarabağ”ın mümkün rəqibi olacağı dəqiqləşənlər isə bunlardı:
“Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), , “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).
“Omonia” (Kipr), “Fola” (Lüksemburq), “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan) və “Yurqorden”in (İsveç) hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib.
