“Qarabağ”ın cavab oyununun vaxtı açıqlandı – Çempionlar Liqasında
27.06.2019 , 14:36
“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Partizani” (Albaniya) ilə cavab oyununun vaxtı müəyyənləşib.
Korner.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, iyulun 17-də Dalğa Arenada keçiriləcək matç saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında Tiranadakı ilk görüşə iyulun 10-u Bakı vaxtı ilə 19:30-da start veriləcək.
