“Qarabağ”ın cavab oyununda rusiyalı hakim
24.08.2019 , 18:40

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Linfild” (Şimali İrlandiya) cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Ona Roman Usaçov və Valeri Dançenko köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Linfild” qarşılaşması avqustun 29-u saat 20:00-da start götürəcək.
