“Qarabağ”ın cavab oyununa hakim təyinatı
23.07.2019 , 16:45

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Dandolk” cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki,”Dalğa Arena”da keçiriləcək oyunun baş hakimi Norveç Futbol Federasiyasından Svein Oddvar Moen olacaq.
Ona Magnus Lundberg və İsaak Elias Başevkin köməklik edəcək.Dördüncü hakim funksiyasını isə Sigurd Kringstad yerinə yetirəcək.
