“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “F91 Düdelanj”la cavab oyununun başlama saatı məlum olub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 20-si Lüksemburqda – “Yos Nosbaum” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
