“Qarabağ”ın cavab matçı üçün hakim təyinatları
09.07.2024 , 10:39

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki cavab oyununa hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçın baş hakimi Viktor Kopiyevski olacaq.
Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dmitri Pançişin yerinə yetirəcək.
Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab görüşünə saat 20:00-da start veriləcək.
