“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqanın 19-cu turunda “Qəbələ”yə vurduğu topla qollarının sayını yeddiyə çatdırıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı bu nəticəylə öz şəxsi rekordunu yeniləyib.
23 yaşlı “Riçi” karyerasının ən məhsuldar dövrünü yaşayır. Mövsümün əvvəlində “Jil Visente”dən transfer olunan Riçard iki il əvvəl Portəgiz klubunda 28 oyuna 6 dəfə fərqlənmişdi. Göründüyü kimi, cənubi amerikalı “Qarabağ”da 19 oyuna 7-ci qoluyla nəticəsini daha da yaxşılaşdırdı. Qarşıda hələ 13 oyun olduğunu nəzərə alsaq, Riçardın məhsuldarlığını yüksəltmək şansı var.