“Biz yenə zədələrdən əziyyət çəkirik. 6 aparıcı oyunçumuz oynamadı bu da oyunumuza təsir etdi. Çalışacağıq ki, oyun keyfiyyətimizi yaxşılaşdıraq”
Korner.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 31-ci turunda “Qarabağ”a qarşı keçirilən oyundan sonra deyib.
Təcrübəli mütəxəssis sözlərinə belə davam edib:
“Mən bəhanə etmirəm. Ancaq bu qədər oyunçumuzun olmaması da oz sözünü dedi. Fakt faktlığında qalır ki, bu gün “Qarabağ” bizdəb güclü idi”
