Çempionlar liqası

“Qarabağ”ın BATE ilə oyunlarının vaxtı açıqlandı

02.08.2018 , 11:18

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubu ilə qarşılaşacaq.

Oyunların tarixi açıqlanıb. Tərəflər arasında ilk oyun avqustun 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.

Cavab qarşılaşması isə avqustun 14-ü baş tutacaq. “Borisov Arena”da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək

Son yazılar

Yuxarı