“Qarabağ”ın azarkeşlərinə hücum etdilər
06.10.2022 , 23:51

Afinada keçirilən “Olimpiakos” – “Qarabağ” matçı öncəsi tribunalarda gərginlik yaşanıb və radikallığı ilə seçilən “Olimpiakos” fanatları qonşu sektorda əyləşən azsaylı “Qarabağ” azarkeşlərinə hücuma cəhd edib.
Korner.az xəbər verir ki, bizim azarkeşlərə tərəf tezalışan maddələr, petardalar atılıb. Polisin zamanında müdaxiləsi nəticəsində yunan fanatların qarşısı alınıb. Bir necə “Olimpiakos” azarkeşi polis tərəfindəb aparılıb.
