“Qarabağ”ın Avstriyadakı rəqibləri bilindi
21.06.2022 , 23:19

“Qarabağ”ın Avstriyada yoxlama oyunları keçirəcəyi rəqibləri bəlli olub.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyunun 25-də Rumıniyanın “Botoşani” klubu ilə qarşılaşacaq.
Növbəti oyunlar iyunun 29-da olacaq. “Qarabağ” həmin gün Almaniyanın “Holştayn Kiel” və Rumıniyanın “Universitatya Krayova” klubları ilə üz-üzə gələcək.
