“Qarabağ”ın Avstriyada son sınağı
02.07.2019 , 11:45

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıq çərçivəsidə bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, Ağdam klubu Çexiya “Viktoriya”sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub, Rumıniya “Krayova”su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.
2 iyul
Yoxlama oyunu
19:00. “Qarabağ” – “Viktoriya” (Çexiya)
