“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi
05.08.2024 , 15:48
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, mərasimdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) cütünün məğlub tərəfinin potensial rəqibi də müəyyənləşib.
ÇL-in 3-cü təsnifat mərhələsində uduzan komanda yoluna Avropa Liqasının pley-offunda davam edəcək.
“Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) cütünün zəifi “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, AL-də pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.