“Qarabağ”ın Avroliqadakı rəqibi
14.08.2019 , 18:58

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi məlumdur.
Korner.az xəbər verir ki, bu, Şimali İrlandiyanın “Linfild” klubudur. Komanda Avroliqanın 3-cü təsnifat mərhələsində “Sutyeska”nı mübarizədən kənarlaşdıraraq Ağdam təmsilçisinə rəqib olub.
Oyunlar avqustun 22-də və 29-da keçiriləcək. “Qarabağ”ın ilk oyunu səfərdə baş tutacaq.
