Bu gün hazırlıq prosesini başa vuracaq “Qarabağ” son yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin rəqibi Moldovanın “Tiraspol” komandası olacaq.
Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Rusiyanın “Ural” (3:2) və Gürcüstanın “Zestafoni” komandasına (2:0) hesabı ilə qalib gəlib, Ukrayna “Hoverla”sı (1:2) və Litva "Ekranas"ına (1:3) uduzub, Makedoniya “Turnovo”su ilə bərabərə (0:0) qalıb.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
2 fevral
Yoxlama oyunu
"Qarabğ" – "Tiraspol"