“Qarabağ”ın Albaniya səfəri
10.07.2019 , 10:07

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
İdmanxeber.az-ın məlumatına görə, ölkə çempionu “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində bu gün mübarizəyə qoşulur.
Ağdam təmsilçisi Albaniyanın “Partizani” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyunu “CBC Sport” kanalı canlı yayımlayacaq.
10 iyul
Çempionlar Liqası
19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)
